IQNA

"Xübrəqan" (Dini Rəhbər Seçən Ali Şura) məclisi İslam hökumətinin inam yeridir / Suriya, qərb demokratiyasının rüsvay olduğu sərgi

1:09 - September 07, 2013
Xəbər sayı: 2585242
Siyasi qrup: Seyid Əhməd Xatəmi – Tehranın Cümə Namazı İmamı, Cümə namazının ikinci xütbəsində "Xübrəqan" məclisinin on dördüncü iclasına işarə edərək dedi: ""Xübrəqan" (Dini Rəhbər Seçən Ali Şura) məclisi İslam hökumətinin inam yeridir. Böhranlı şəraitdə və rəhbərsiz bir zamanda təkcə bu iftixarlı məclisin işarə barmağı problemlərin həllidir".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Seyid Əhməd Xatəmi – Tehranın Cümə Namazı İmamı, Cümə namazının ikinci xütbəsində "Xübrəqan" məclisinin on dördüncü iclasına işarə edərək dedi: ""Xübrəqan" (Dini Rəhbər Seçən Ali Şura) məclisi İslam hökumətinin inam yeridir. Böhranlı şəraitdə və rəhbərsiz bir zamanda təkcə bu iftixarlı məclisin işarə barmağı problemlərin həllidir".
O, xütbəsinin əvvəlində Şəhid Rəcai, Bahunər, Ayətullah Quddusi, Mədəni və digər 17 şəhidə işarə edərək “Biz şəhadət mədəniyyəti ilə həyatdayıq”-deyəb.

Əhməd Xatəmi sözlərinin davamında 14-üncü “Xubrəqan” məclisinə işarə edərək bildirib: “Bu məclisdə rəhbərimiz dəyərli nüanslara işarə etdi. Ayətullah Xamenei bu görüşdə islami oyanışın davam etdiyini bildirdi. O eyni zamanda xalqın dövlətə siyasi, ictimai və iqtisadi irəliləməsi üçün yardım etməyinin vacibliyinə də toxunub. Dövlətdə ədalət adı ilə fitnə salan həmkarlar olmamalıdır. Biz ümumi danışmırıq. Əlbəttə ki, dövlətdə dəyərli həmkarlarımızında sayı az deyil. Lakin ifratçı və fitnəkarların dövlətə daxil olması ədalət şüarları ilə uyğun deyil.”

Suriya məsələlərinədə toxunan Xatəmi deyib: “Suriya 30 aydır ki, ABŞ, Sionist, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin alışdırdığı alovla mübarizə aparır. Qadın və uşaqları öldürmək, körpə uşaqların əl-qolunu bağlayaraq valideynlərinin gözü önündə qanına bürümək, müsəlmanın örəyini çıxardaraq yemək Qərbin söz etdiyi demokratiyadır.”

Sözlərinin davamında ABŞ xarici işlər nazirinin bildiridiyi sözlərə münasibət bildirən Xatəmi deyib ki: “Xarici işlər naziri 2 fərqli söz deyib. Onlardan biri 2013-üncü ilin ən böyük yalanı, digəri isə ən gülünc sözü oldu. Böyük yalanı “Əl-Qaidə”-nin orda olmamasıdır. Hansı ki, bütün dünyan onların törətdiyi cinayətlərdən xəbərdardır. Gülünc sözü isə onun insaniyyətdən danışması oldu. Hansı ki, ABŞ və insaniyyət tam əks olan şeylərdir. ABŞ-ın Quantanamo və Avropada gizli həbsxanaları var və onlar İraq, Pakistan və Suriya terorçularını himayə edirlər. Necə olur ki, onlar 30 aydan sonra insaniyyət fikrinə düşdülər? ABŞ 30 ay ərzində teroristlərin əli ilə Suriyanın əzmini qıra bilmədi, bunu gördükdə məsələyə birbaşa özü müdaxilə etmək qərarına gəldi. Lakin bilməlidirlər ki, bu odun tüstüsü öz gözlərinə zərbə vuracaq. Dünya sülhünü xətərdə görənlər bunun qarşısını almalıdırlar. ABŞ Suriyaya daxil olması üçün bəhanə düzəltsə də xalq buna cavab verməyə hazırdır.”
1283401
captcha